İstanbulda “Texnofest-2023” festivalı keçirilir - FOTOLAR

12:00 - 29 Aprel 2023

İstanbulda “Texnofest-2023” festivalı keçirilir - FOTOLAR

İstanbul şəhərində, Atatürk Hava Limanında Türkiyənin Havaçılıq, Kosmos və Texnologiya Festivalı – “Texnofest-2023” keçirilir.

 

Manset.az report-a istinadən Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumatına görə, bu il 7-cisi baş tutan beynəlxalq tədbir artıq 6 ildir təşkil olunur.

Festivalda 102 fərqli kateqoriyalarda 41 yarış üzrə 1 milyondan çox layihə iştirak edir. Belə ki, komandalar arasında texnologiya sahəsində yarışlar təşkil olunur, sərgilər keçirilir, uçuşlar nümayiş olunur.

Mayın 1-dək davam edəcək “Texnofest-2023” çərçivəsində Türkiyənin “Bayraktar Kızılelma”, “Bayraktar Akıncı” və ilk dəfə olaraq “Bayraktar-TB3” pilotsuz uçuş aparatları da ziyarətçilərə təqdim olunur.

Azərbaycan da beynəlxalq tədbirdə öz stendi ilə təmsil olunur. Burada pilotsuz uçuş aparatları, o cümlədən oktyabrın 2-6-da Bakıda “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi haqqında məlumat təqdim olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az