Sabah bu rayonlarda qaz olmayacaq

17:49 - 01 May 2023

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah Naftalan və Goranboy rayonlarında qaz olmayacaq.

 

Bu barədə Manset.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı, mayın 2-də saat 09:00-dan etibarən mayın 3-də işlər başa çatanadək “Goranboy”, “Naftalan”, “Goran qəsəbəsi” və “Gilan Knauf” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Naftalan şəhərinin tam olaraq, Goranboy rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az