3 işçi yüksəklikdən yıxılaraq öldü - Fabrikdə FACİƏ

14:43 - 06 Aprel 2026

3 işçi yüksəklikdən yıxılaraq öldü - Fabrikdə FACİƏ

Türkiyənin Kocaeli şəhərində polad və metal istehsalı fabrikində faciə baş verib.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gün günorta saatlarında dörd işçi təmir və baxım işləri üçün yüksəkliyə çıxıb.


Bir müddət sonra platformadakı bir hissənin qopması nəticəsində tarazlıqlarını itirən işçilər təxminən 10 metr yüksəkliyə düşərək betonun üzərinə çırpılıb. Hadisə barədə məlumat verildikdən sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları göndərilib. Tibbi heyət tərəfindən ilk müdaxilələr edilən yaralılar xəstəxanaya aparılıb.


Ağır xəsarət alan işçilərdən Tamer Aydoğdu, Resul Kardaş və Şah İsmail Mayda, tibbi heyətin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az