Bu restoran sahibləri CƏRİMƏLƏNDİ

14:10 - 02 May 2023

Bu restoran sahibləri CƏRİMƏLƏNDİ

Ölkədə fəaliyyət göstərən bir neçə restoran və ictimai iaşə obyektlərinin vəzifəli şəxsləri cəzlandırılıb.

 

Bu barədə Manset.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda “Garden Hall”, “Nardança”, “Xan Bağı”, “Muğam Ocağı”, “Bulaq”, “Həkəri”, Sumqayıtda “Love Palace”, “Ad günü”, “Mübariz”, “Romance”, “Buxara”,  “Fayton”, “Pine Park”, Gəncədə “Kübar”, “Dan ulduzu”, “Sübhan” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az