Bu istiqamətdə sürət qatarına əlavə reyslər təyin edildi

12:50 - 03 May 2023

Bu istiqamətdə sürət qatarına əlavə reyslər təyin edildi

Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar, 6-7 may tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edilib.

 

Manset.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, Bakı Dəmiryol Vağzalından səhər saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də, Ağstafadan saat 15:30-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.

Xatırladaq ki, marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edir. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az