Xaqocanın həbsi təsdiqləndi - O, kimin şikayəti ilə saxlanılıb? (RƏSMİ)

09:51 - 04 May 2023

Xaqocanın həbsi təsdiqləndi - O, kimin şikayəti ilə saxlanılıb? (RƏSMİ)

"Tik-Tok" sosial şəbəkəsi istifadəçisi Hüseynov Xəqani  həbs edilib. 

 

Bunu Manset.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. O, qeyd edib ki, X.Hüseynov Azər Əmirovun şikayəti əsasında saxlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərari ilə o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə (xırda xuliqanlıq) əsasən 10 sutka azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Xəqani Hüseynov sosial şəbəkələrdə "Xaqocan" təxəllüsü ilə məşhurlaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az