"Evlidir, uşaqlarını atıb, Raziyə maşın alıb... " - Tanınmış modelin sevilisi kimdir? (FOTOLAR)

13:17 - 31 May 2023

\"Evlidir, uşaqlarını atıb, Raziyə maşın alıb... \" - Tanınmış modelin sevilisi kimdir? (FOTOLAR)

Xəbər verdiyimiz kimi, "Miss Azərbaycan-2017"nin qalibi, model və aparıcı Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə tərəfindən döyüldüyünü iddia edib.

 

Manset.az Sfera.az-a istinadən bildirir ki, bu barədə bloger Aysel Şükürlü ətraflı məlumat paylaşıb.

Belə ki, o, sosial media hesabında Ziya Hüseynzadənin fotolarını izləyiciləri ilə bölüşərək bunları qeyd edib:

 “Ziyanın iki uşağı var, deyəsən əkizdirlər. İndi qorxusundan səhifəsini gizli edib. Bilir ki, polislər bunu axtarır, siçan kimi gizlənib. Halbuki, onun gül kimi arvadı da var, üzünü görməmişəm, amma normal insana oxşayır. İki dənə də kukla kimi uşaq sahibidir.  Öz uşaqlarını atıb,  hələ qıza maşın da alır. Yaxşı kişisənsə, get öz yoldaşına, uşaqlarına al..”.

Xatırladaq ki, R.Əliyeva sevgilisi Ziya Hüseynzadə tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldığını iddia edir. Daxili İşlər Nazirliyi (DİN) isə məsələ ilə bağlı araşdırma aparıldığını qeyd edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az