Bakı Ağır Cinayətlər Məhkəməsində 3 yeni hakim - FOTO

12:56 - 17 İyul 2023

Bakı Ağır Cinayətlər Məhkəməsində 3 yeni hakim - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinə üç hakim ezam olunub.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunlar rayon məhkəmələrinin hakimləri-Mahirə Kərimova, Fəxri Məmmədov və Anar Sadıqovdur.

Məhkəmənin spiker hakimi Telman Hüseynov sorğumuza cavab olaraq bildirib ki, sözügedən hakimlər iş yükünün yüngülləşdirilməsi ilə bağlı ezam olunublar:

“Hakimlərimizdən birinin vəfat etməsi, üç hakimin isə yaşla bağlı təqaüdə çıxacağı ilə bağlı məhkəmədə vakant yerlər yaranmışdı. Bununla bağlı belə qərar qəbul edilib ki, iş yükünün yüngülləşdirilməsi ilə bağlı rayon məhkəmələrindən üç hakim fəaliyyətini burada davam etdirsinlər. Artıq onların icraatına cinayət işləri verilib”.

Qeyd edək ki, Mahirə Kərimova Binəqədi, Fəxri Məmmədov Qazax, Anar Sadıqov isə Xaçmaz Rayon Məhkəməsinin hakimidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az