Dənizda batan azyaşlının dəfnində insident oldu - FOTO

19:19 - 27 İyul 2023

Dənizda batan azyaşlının dəfnində insident oldu - FOTO

Ələt qəsəbə qəbiristanlığında insident baş verib.

 

Manset.az xəbər verir ki, qəsəbə sakini, 1982-ci il təvəllüdlü Niyyət Cəfərov həmyerlisi, 1976-cı il təvəllüdlü Tehran Şükürovun onu odlu silah tətbiq etməklə ölümlə hədələdiyini bildirib. Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə müraciət edən şəxs T.Şükürov barəsində tədbir görülməsini xahiş edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, T.Şükürovun oğlu Səid Şükürov iyulun 20-də Ələtdə dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib və Ələt qəsəbə qəbiristanlığında dəfn edilib.

Dəfn zamanı mərhum Səid Şükürovun atası ilə Niyyət Cəfərov arasında münaqişə yaranıb.

Hazırda polis tərəfindən araşdırma aparılır. /Qafqazinfo


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az