İcra başçısının qardaşı qətlə yetirilibmiş: Oğlu saxlanıldı - YENİLƏNDİ

10:10 - 28 İyul 2023

İcra başçısının qardaşı qətlə yetirilibmiş: Oğlu saxlanıldı - YENİLƏNDİ

Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı İstintaq idarəsində cinayət işi istintaq olunur.

“Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən istintaqı aparılan cinayət işi barədə rəsmi quruma istinad edilmədən və dəqiqləşdirilmə aparmadan məlumatların yayılmaması xahiş olunur”, - rəsmi məlumatda vurğulanıb.

***

Lənkəran şəhər icra başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis cinayətin üstünü açıb.

Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az