Qanunsuz balıq ovlayanlar saxlanıldı - FOTO

11:49 - 29 İyul 2023

Qanunsuz balıq ovlayanlar saxlanıldı - FOTO

Xəzər dənizinin Xızı rayonu akvatoriyasında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Xızı rayonu, Şuraabad kənd sakini Ramal Səfərov və Şirvan şəhər sakini İlqar Nuriyev olduğu müəyyən edilib.

“Onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 700 metr uzunluğunda 17 ədəd sintetik tor götürülüb. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - B.Məmmədov əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az