“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

13:40 - 05 Avqust 2023

“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

Növbəti həftə (07-08.08.2023 və 10-11.08.2023 tarixləri) daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.

 

Birlikdən Manset.az-a verilən məlumata görə, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Yevlax rayonu, Duzdağ kəndində (kənd orta məktəbinin yanı), 2-ci günü saat 11:00-dan 12:00-dək Bərdə rayonu, Qarağacı kəndində (Məmməd Məmmədov adına kənd orta məktəbinin yanı), 4-cü günü saat 15:00-dan 16:00-dək Tərtər rayonu, Talış kəndində (kənd tam orta məktəbinin qarşısı), 5-ci günü isə saat 11:00-dan 12:00-dək Ağdam rayonu, Qaradağlı kəndində (şəhid Ayaz Abbasov adına kənd orta məktəbinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az