Qubad İbadoğlu "sevdalıları" siyasi xal qazanmaq həvəsinə düşüb

22:08 - 06 Avqust 2023

Qubad İbadoğlu \"sevdalıları\" siyasi xal qazanmaq həvəsinə düşüb

Ölkədə hazıra nəzir, kiminsə həbsi üzərində xal qazanmaq istəyən, baş verənlərə siyasi don geyindirmək istəyənlərə hər zaman rast gəlinib. Bu gün eyni situasiya Qubad İbadoğlunun həbsi ətrafında da yaradılmağa çalışılır. Kimlər tərəfindən və nə məqsədlə, ssenari tam aydındır.

Bu ssenari nə qədər bəsit görünsə də, nimdaş səhnəcikdən ibarət olsa da ölkədə narazı kütlənin artırılmasına hesablanmış oyun olduğunu nəzərə alsaq, tam əminliklə deyə bilərik ki, Qubad İbadoğlu məsələsi üzərindən özünə divident qazanmaq istəyənlərin bu həmləsi istənilən hadisəsi qədər təhlükəli gedişdir. 

Çünki hələ istintaq öz sözünü deməmiş suyu bulandırmaq istəyənlərin başqa məqsədi ola bilməz. Qubad İbadoğlunun həbsi ilə siyasi xal qazanmaq həvəsinə düşənlərin bu istəkləri qurşaqlarında qalacaq. Səbəblər çoxdur. 

Bu gün dövlətimizin çox böyük bir soyuq savaşın içində olduğu bir vaxtda, hər fürsətdə Azərbaycanı sanksiyalar paketi ilə üz-üzə qoymaq istəyən düşmən və havadarlarının mövcudluğunu uşaqdan-böyüyə hər kəs bildiyi təqdirdə, Q.İbadoğlunun həbsi məsələsini ədalətsiz adlandırıb, istintaq yekunlaşmamış tez-tələsik bir müraciətlə ortaya düşmək düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. 

4 aylıq həbs qətimkan tədbiri ətrafında süni ajiotajın yaradılması sanki ölkədə müəyyən qrup şəxslərin lap gözlədiyi, arzuladığı proses təəssüratı yaratdı. Sözügedən qüvvələr tərəfindən istintaqın nəticələri bəlli olmadan gah həbsin sifarişli olması, gah İbadoğlunun aydan arı, sudan duru olması barədə rəylərin yaradılması, fikirlərin formalaşdırılmasının səbəbi gün kimi aydındır - İstintaqın gedişatına təzyiq cəhdləri...

Qubad İbadoğlunun həbsi ilə bağlı özünə əl qatanlar, "canfəşanlıq" edənlərin bu görüntüsü süni, saxta səhnəcikdən başqa bir şey deyil. Çünki sözügedən şəxsin həbsinə etiraz olaraq dövlət başçısına müraciət ünvanlayanların kimliyinə, siyahıdakı adlara nəzər saldıqda bu ssenarinin əsl məğzi ortaya çıxmış olur.

Ona görə ki, o siyahıda adları olanların əksəriyyəti bütün günü çayxanalarda ömür sürənlər, tüfeylilər, reket jurnalistlərdir ki, həmən şəxslərin ədalətlilik prinsipinin çoxdan yoxa çıxdığını, hər fürsətdə öz maraqları naminə dövlətini, dövlətçiliyini anti-Azərbaycan qüvvələrin, kənar-yad ünsürlərin istəklərinə uyğun şəkildə "xərcləmə" hazır olduqlarını gözüyumulu demək mümkündür.

O ki, qaldı, Eldəniz Quliyevə. Bu şəxsin ömürü boyu su bulandırmaqla məşğul olduğu ilə bağlı geniş izahat verməyə gərək yoxdur. Bir vaxtlar gah "Ziyalılar forumu", gah "Milli Şura" və s. ilə varlığını kimlərəsə nümayiş etidrmək üçün dəridən-qabıqdan çıxan Eldəniz Quliyev, indi də Qubad İbadoğlunun həbs qətimkan qərarı üzərindən dividentini artırmaq qərarına gəlib. Son vaxtlar müxalifətlə də "atılaraq" özünü siyasi proseslərin içində görmək arzusunu "silahdaşlarına" qarşı xəyanət hesabına reallaşdırmaq istəyən bu şəxs, özü də hiss etmədən özünün quyunun dibinə dartır. 

E.Quliyevin ittihamlarının konkret bir mənası var, o, bir vaxtlar Əli Kərimlinin tapşıqlarını yerinə yetirməklə, digər müxalifət partiyalarını gözdən saldığı kimi bu gün də məhz Qubad İbadoğlu məsələsi üzərindən hamisinin verdiyi tapşırığa uyğun şəkildə fəallıq göstərərək, qeyd edilən "siyasi proseslərin" mərkəzindən kənarlaşmamağa çalışır. Lakin Eldəniz Quliyev bir vaxt təmsil olunduğu "Milli Şura"da belə qəbul edilmədiyi kimi bu hadisələr fonunda da nə qədər cılız, nə qədər gülünc göründüyünün fərqində olsa, bəlkə özü-özünü ömrünün bu çaöında növbəti rüsvayçılıqları yaşamadan xilas etmiş olur. 

Eldəniz Quliyev kimilər ortada qalan insanlardır. O anlamalıdır ki, onun kimiləri hər zaman istifadə edib atırlar. Düzü, bir məqsədi, bir amalı olmayan və konkret bir mövqe nümayiş etdirməyən və tez-tez mövqeyini dəyişən insanlardan heç vaxt əqidə birliyi gözləməyə dəyməz. 

Görünür, Eldəniz Quliyev Əli Kərimli kimilərə baş qoşmaqla səhv etdiyini anlamadığı kimi Q.İbadoğlu məsələsində də hadisələrin episentrini düzgün müəyyənləşdirməklə bağlı çox böyük problem yaşayır. Onun və onun kimi siyahıda adları keçənlərin bu cür addımları Azərbaycan xalqını, dövlətini, onun müstəqiliiyini, suverenliyini istəməyənlər üçün meydan açmaqdan başqa bir şey deyil. Lakin Azərbaycan xalqı bu cür cılız, xırda "siyasət" adamlarının oyunbazlığını həzm edəcək deyil. Heç bir daxili prosesə görə bu xalq imkan verməz ki, yad ünsürlər Azərbaycana dil uzatsın, ona qarşı bu kimi kampaniyalardan istifadə edərək ölkənin beynəlxalq nüfzunu zədələyəcək proseslərdən öz xeyirlərinə yararlansın. 

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az