Bu tarixdən məktəblər bağlanır - Dərs olmayacaq

09:05 - 14 Noyabr 2023

Bu tarixdən məktəblər bağlanır - Dərs olmayacaq

Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır.

 

Elm və Təhsil Nazirliyindən Manset.az-a bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək.

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr - 5 gün olmaqla əhatə edir", deyə nazirlik qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az