Ordumuzun zabiti bədbəxt hadisə nəticəsində ÖLDÜ

13:39 - 15 Noyabr 2023

Ordumuzun zabiti bədbəxt hadisə nəticəsində ÖLDÜ

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “N” saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü leytenant Nemət İlham oğlu Xələfov yaşadığı mənzildə dəm qazından zəhərlənib.

O, hadisə yerində vəfat edib.
Bildirilir ki, N.Xələfov Göyçay rayonunun Qaraman kənd sakinidir. O, ali hərbi məktəbi yenicə bitirərək Naxçıvana xidmətə yollanıbmış.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az