“Ermənistanın Fransadan radar sistemləri və “Mistral” raketləri alması rəsmi Parisin açıq-aşkar hərbiləşdirmə və qarşıdurma yaratmaq xislətinin göstəricisidir. Fransa hər vəchlə Cənubi Qafqazı Ukrayna, Suriyaya çevirməyə çalışır və bu çirkin planın həyata keçirilməsində də onlardan yararlanır. Özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.Təəssüf ki, Avropa İttifaqı da bu məsələdə Fransaya dəstək verir və Aİ-nin bəzi ölkələri Ermənistanı hərbiləşdirmə proqramına cəhd göstərir”.
Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Millət vəkili qeyd edib ki, Fransa 30 il ərzində Azərbaycanın Ermənistan tərəfindən işğalına göz yummaqla və ərazimizdəki keçmiş separatizmi dəstəkləməklə ermənipərəsət mövqeyini hər zaman nümayiş etdirib. Azərbaycan öz ərazilərini tamamilə terrorçulardan azad etdikdən və Qarabağdakı separatizmin kökünü kəsdikdən sonra rəsmi Paris bununla barışamayaraq Ermənistanda revanşizmə dəstək verməklə bölgədə hərbi qarşıdurmalaryaratmağa çalışır. Bu Azərbaycanla Ermənistan arasında etimad və sülh quruculuğu prosesinə zərbə vurur, bölgənin gələcək təhlükəsizliyi ilə bağlı ümidləri söndürməyə çalışır. Ona görə də Fransa bu təhlükəli yanşmasından əl çəkərək bölgədə sülh quruculuğuna töhfə verməldir, iki ölkə arasında ədavət və düşmənçilik yaratmalı deyil, barış və birgəyaşayış üçün sülhpərvər mövqe sərgiləməlidir. Bu siyasət həm də Ermənistan üçün faydalıdır və sabit, dayanıqlı sülh şəraitində onun gələcək təhlükəsizliyi və rifahı üçünxüsusi əhəmiyyət kəsb edir. Ona görə də, İrəvan hökuməti özü Fransanın bölgədə nifaq salmaq, vəziyyəti mürəkkəbləşdirmək planlarından əl çəkməli, özü öz gələcəyi üçün ağıllı qərar verməlidir.
A.Hüseynov bildirib ki, ümumiyyətlə, Fransa və Avropanın bəzi dövlətlərinin ikilistandartlılığı və riyakar siyasəti, Azərbaycana qarşı qərəzli mövqeyi dünyada beynəlxaql hüququn maraqlı güclərin və lobbilərin alətinə çevrilməsinin göstəricisidir. Onlar başqa dövlətlərin daxili işlərinə müdaxilə etməklə əslində sülhə və təhlükəsziliyə deyil, qanlı qarşıdurmalara rəvac verirlər. Onlar nlamalıdırlar ki, bölgədə sülh və əmin-amanlığın bərpası, yekun sülh sazişinin imzalanması yolu məhz bundan keçir.