Yaponiyada mərkəzi Hokkaido əyalətinin Cənubi Tokaci bölgəsində güclü zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, əyalət 6.2 bal gücündəki zəlzələ ilə sarsılıb. Yaponiyanın Meteorologiya Agentliyindən (JMA) alınan məlumata görə, zəlzələ yerli vaxtla 05:23-də qeydə alınıb. Təkan 80 kilometrlik dərinlikdə baş verib.
Hokkaido ilə yanaşı Aomori və İvate əyalətlərində də güclü şəkildə hiss edilən zəlzələ sonrası tsunami riskinin olmadığı açıqlanıb.