Dostunu dəmirlə döyərək öldürdü - Türkiyədə DƏHŞƏT

13:04 - 27 Aprel 2026

Dostunu dəmirlə döyərək öldürdü - Türkiyədə DƏHŞƏT

Türkiyənin Denizli vilayətinin Serinhisar rayonunda bir kişi mübahisə etdiyi dostunu öldürüb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, vilayətin Kocapınar kəndində 62 yaşlı Erol Baysal ötən gün axşam evinə dəvət etdiyi dostu H.D. ilə mübahisə edib. 


Mübahisənin dava ilə nəticələnməsi üzərinə H.D. dəmir çubuqla Baysala zərər verib. Mübahisənin səbəbi hələ ki məlum deyil.


Baysal təcili yardım maşını ilə Serinhisar Dövlət Xəstəxanasına aparılıb, lakin müdaxiləyə baxmayaraq həyatını itirib.


Hadisəni törədən şəxs jandarmalar tərəfindən həbs edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az