İsrail Qəzza zolağına hücumları zamanı təhlükəsiz zona elan etdiyi və təxminən 1,4 milyon fələstinlini köç etməyə məcbur etdiyi Rəfah şəhərini işğal etmək və əhalini oradan zorla çıxarmaq niyyətindədir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrailin qurudan hücuma hazırlaşdığı Rəfahda 1,4 milyon köçkün fələstinlini Mevasi bölgəsində həbs etməyi planlaşdırdığı ortaya çıxıb.
Mütəxəssislər bildirirlər ki, Mevasi bölgəsi ərazisinin kiçik olması və heç bir infrastrukturun olmaması səbəbindən bu boyda əhalini qəbul edə bilməz.
Təl-Əviv hökuməti beynəlxalq ictimaiyyətin və ərəb ölkələrinin reaksiya və xəbərdarlıqlarından sonra yüz minlərlə məcburi köçkünün şəhəri tərk etməsi üçün təhlükəsiz keçid dəhlizinin təmin ediləcəyini iddia edib.
Əfsanə Rəcəb
Manşet.az