Antalya su altında qaldı - ÖLƏN VAR (VİDEO)

20:45 - 13 Fevral 2024

Antalya su altında qaldı - ÖLƏN VAR (VİDEO)

Türkiyənin Antalya şəhərində dünən gecədən başlayan güclü yağış selə səbəb olub.

 

Manset.az  “TRT Haber”ə istinadən xəbər verir ki, dəhşətli sel bir nəfərin ölümü ilə nəticələnib.

Belə ki, 47 yaşlı Halil Yıldızın meyiti Kəpəz rayonundakı Qazi Bulvarında avtomobildə tapılıb.

Antalya valiliyi şəhərin üç rayonunda təhsilin 1 gün dayandırıldığını açıqlayıb:

“Əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblərimiz təhsilə hazır olmadığı üçün Muratpaşa, Kəpəz və Konyaaltı rayonlarında 14 fevral təhsil dayandırıldı”.

Qeyd edək ki, şəhərdə dünən axşam saatlarında başlayan və gecə boyu davam edən yağışın sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir. ///Qafqazinfo


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az