Rusiyada yaşayış binasında yanğın oldu - 440 nəfər təxliyə edildi

23:15 - 13 Fevral 2024

Rusiyada yaşayış binasında yanğın oldu - 440 nəfər təxliyə edildi

Rusiyanın Anapa şəhərində yaşayış binasının çardağında yanğın baş verib.

 

Manset.az  xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Anapada Obezdnaya küçəsində yanğın olan binadan 112-si uşaq olmaqla 440 nəfər təxliyə edilib”, - məlumatda qeyd olunub.

Yanğın nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Təxliyə olunanlar üçün 360 nəfərlik üç müvəqqəti yaşayış məntəqəsi təşkil edilib. ///Qafqazinfo


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az