Rusiyada bu şəxslərin əmlakları müsadirə olunacaq

12:25 - 14 Fevral 2024

Rusiyada bu şəxslərin əmlakları müsadirə olunacaq

Rusiya Prezidenti Vladimir Putin ölkə ordusu barədə saxta məlumat yayanların və dövlət təhlükəsizliyinə qarşı cinayət törədənlərin əmlakının müsadirə edilməsinə dair qanunu imzalayıb. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. 

Qanun muzdlu şəkildə və yaxud şəxsi səbəblərdən yalan məlumat yayan şəxslərin əmlakının müsadirəsini nəzərdə tutur və rəsmi dərc edildikdən 10 gün sonra qüvvəyə minir. 

Bildirilir ki, müsadirə dövlət təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyəti maliyyələşdirmək üçün nəzərdə tutulmuş əmlaka şamil edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az