Rusiya XİN-dən Azərbaycan və Ermənistana çağırış

17:59 - 14 Fevral 2024

Rusiya XİN-dən Azərbaycan və Ermənistana çağırış

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan - Azərbaycan şərti sərhədində baş vermiş sonuncu gərginliyə münasibət bildirib.

 

Manset.az xəbər verir ki, Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə qeyd edib ki, Rusiya tərəfi baş vermiş hadisədən ciddi narahatlıq hissi keçirir.

“Biz Bakı və İrəvanı təmkin nümayiş etdirməyə, gərginliyin azaldılması üçün addımlar atmağa və vəziyyətin daha da pisləşməsinə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə qətiyyətlə çağırırıq”, - deyə rusiyalı xanım diplomat vurğulayıb.

Mariya Zaxarova delimitasiya komissiyasının işinin vacibliyini qeyd edib:

“Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyalar çərçivəsində həll edilməlidir.

Moskva bu prosesə məsləhətçi qismində yardım göstərməyə hazırdır. Baş verənlər Azərbaycan və Ermənistanın üçtərəfli sazişlərin yerinə yetirilməsinə qayıtmasının zəruriliyini təsdiqləyir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az