Yunanıstanda təxminən bir aya yaxındır hökumətin kənd təsərrüfatı siyasətinə etiraz edən fermerlər iki saat ərzində traktorları ilə Şimali Makedoniya sərhədini bağlamağa çalışıblar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polisin müdaxiləsindən sonra gərginlik yaşanıb.
Fermerlər Birliyinin sədri Kostas Celas jurnalistlərə açıqlamasında hökumətin fermerlərlə oyun oynadığını və etirazlarını gücləndirəcəklərini deyib.
Celas tələblərinin yerinə yetirilmədiyi təqdirdə traktorları ilə Afinada böyük nümayiş təşkil edəcəklərini bildirib.
Əfsanə Rəcəb
Manşet.az