Rusiyalı müğənni Yuliana Karaulova qızlara sevmədiyi insanlardan bahalı hədiyyə qəbul etməməyi tövsiyə edib.
Manset.az-ın Gazeta.ru-ya istinadən məlumatına görə, müğənni bu haqda kp.ru saytına müsahibəsi zamanı danışıb.
Müğənni bildirib ki, bahalı hədiyyələrə “Bu, çox bahadır, mən bunu qəbul edə bilmərəm” deyirəm.
Yuliana Karaulova “Bahalı hədiyyələr qəbul etməyi düzgün hesab etmirəm. Həyat yoldaşımla münasibətimdən əvvəl belə hallarım olub. Mən dərhal borca düşəcəyimi hiss edirdim, kişilər hədiyyəni boş yerə vermirlər. Əvəzini yataqda ödəmək lazım gəlir”,- deyə qeyd edib.
Əfsanə Rəcəb
Manşet.az