2 il əvvəl aktyor həyat yoldaşından boşanan məşhur aktrisa Merve Dizdar 14 fevral Sevgililər Günündə yeni sevgilisi ilə münasibətini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cihan Aygerlə birlikdə olan aktrisa sevgilisi ilə çəkdirdiyi romantik kadrları "Mənim top 10 görüntüm” notu ilə İnstaqram hesabında yerləşdirib.
Dizdar və sevgilisinin əyləncəli anları diqqət çəkib.
Qeyd edək ki, aktrisa TRT1-də yayımlanan “Məsumlar Apartmanı” serialındakı rolu ilə geniş pərəstişkar kütləsi qazanıb. Həmçinin, Fransada keçirilən 76-cı Kann Film Festivalında “Ən Yaxşı Qadın Oyunçu” mükafatına layiq görülüb.
Əfsanə Rəcəb
Manşet.az