Keçən gün türkiyəli dizayner, təşkilatçı, menecer, Best Model of Turkey və Film-San Vəqfinin qurucu prezidenti Erkan Özermanın 86 yaşında dünyasını dəyişməsindən sonra illər əvvəl bir TV proqramında vəsiyyətnaməsi haqqında dediyi sözlər yenidən gündəmə gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Özerman müsahibəsində "Öləndən sonra məni yandırsınlar" demişdi.
Erkan Özerman "Təşvikiyə məscidində heç bir mərasim keçirməyin, istəmirəm. Mərasimsiz yola salın, dedim. Öləndən sonra məni yandırsınlar" ifadələrini işlədib.
Qeyd edək ki, Özerman bir müddət xərçəng xəstəliyindən müalicə aldığı xəstəxanada 86 yaşında dünyasını dəyişib.
ƏfsanəRəcəb
Manşet.az