Fransanın L'Express jurnalı keçmiş meneceri Filip Qrumbaxın Sovet İttifaqı dövründə 35 il Rusiya xüsusi xidmət orqanlarına işləyən agent olduğunu açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu haqda jurnal özünün son sayında "Dahi jurnalist. Amma o, həm də 35 il KQB-də işləyən Fransa xaini" deyə xəbər dərc edib.
L'Express araşdırmasında qeyd edib ki, Qrumbax 1981-ci ilə qədər SSRİ kəşfiyyatı olan KQB-nin casusu olub.
Məqalədə “Brok” təxəllüsündən istifadə edən menecerin ruslara, xüsusən də keçmiş prezidentlər Fransua Mitteran və hətta Jak Şirak haqqında məlumat verdiyi qeyd edilib.
KQB arxivləri ilə bağlı uzun araşdırmalar yazan Etienne Girard, "Onun yaxın ətrafı L'Express-ə bu gizli əlaqəni təsdiqləyib. Mitteran və Jiscardın yaxın dostu olan Qrumbax, kimsənin xəbəri olmadan Beşinci Respublikanın ən böyük sovet casuslarından biri idi” deyib.
Əfsanə Rəcəb
Manşet.az