Putinə Navalnının ölümü barədə məlumat verildi

15:58 - 16 Fevral 2024

Putinə Navalnının ölümü barədə məlumat verildi

Rusiya Prezidenti Vladimir Putinə siyasətçi Aleksey Navalnının dünyasını dəyişməsi ilə bağlı məlumat verilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.

Peskovun sözlərinə görə, Rusiyanın Federal Penitensiar Xidməti Navalnının ölüm səbəblərinin araşdırılması ilə məşğul olur və bunun üçün ayrıca göstəriş tələb olunmur.

O, bununla yanaşı medianın yazdığı kimi, Navalnının tromb yaranması səbəbindən vəfat etməsinin həqiqətə uyğun olub-olmadığını bilmədiyini vurğulayıb: “Mən bilmirəm. Bunu həkimlər aydınlaşdırmalıdır”.

Xatırladaq ki, rusiyalı siyasətçi A.Navalnı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az