ABŞ-ın Nyu-York şəhər hökumətini təmsil edən bir çox təşkilat, o cümlədən Nyu-York əyalətinin meri Erik Adams sosial media platformaları Meta, TikTok, Snap və Google-nin gənclərin psixi sağlamlığına mənfi təsir göstərdiyini əsas gətirərək məhkəməyə verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Adams iddia ilə yanaşı, bu platformaların uşaqların psixi sağlamlığına vurduğu zərərə görə məsuliyyət daşıyacaq, ailələri sosial mediadan təhlükəsiz istifadə etmək üçün maarifləndirəcək və sosial medianın gənclərə təsirini araşdıracaq bir "sosial media fəaliyyət planı" paylaşıb.
Meta sözçüsü Endi Stoun verdiyi açıqlamada, "Gənclərin təhlükəsiz və yaşa uyğun onlayn təcrübəyə malik olmasını təmin etmək üçün istifadəçilərə və onların ailələrinə 30 proqram və funksiya təklif edirik" deyib.
TikTok sözçüsü həmçinin bildirib ki, tətbiqi gənclərin sağlamlığını təmin etmək üçün yaş məhdudiyyəti olan paylaşma, valideyn nəzarəti və 18 yaşdan yuxarı istifadəçilər üçün 60 dəqiqəlik istifadə müddəti kimi funksiyalar təklif edib.
Google-un sözçüsü Xose Kastaneda qeyd edib ki, psixi sağlamlıq mütəxəssisləri ilə əməkdaşlıq edir və gənclər üçün yaşa uyğun təcrübələr, gənclərin təcrübələrini müşahidə etmək üçün valideynlər üçün müvafiq nəzarət təmin edən xidmətlər yaradıblar.
Kastaneda Nyu York administrasiyasını təmsil edən təşkilatların iddialarının həqiqəti əks etdirmədiyini müdafiə edib.
Əfsanə Rəcəb
Manşet.az