Zaxarova NATO liderlərinin Navalnının ölümünə reaksiyasını şərh etdi

16:35 - 16 Fevral 2024

Zaxarova NATO liderlərinin Navalnının ölümünə reaksiyasını şərh etdi

“NATO ölkələrinin liderlərinin Aleksey Navalnının ölümünə Rusiyaya qarşı ittihamlar şəklində dərhal reaksiyası özünüifşadır”.

 

Manseta.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında yazıb.

“Hələ məhkəmə-tibbi ekspertizası yoxdur, amma Qərbin nəticələri artıq hazırdır”, - deyə o, əlavə edib.

Xatırladaq ki, Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsində yerləşən cəzaçəkmə koloniyasında həbs həyatı yaşayan və 19 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı müxalifətçi Aleksey Navalnı bu gün vəfat edib.

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı hazırda Rusiya Federal Penitensiar Xidməti müvafiq prosedurları həyata keçirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az