"Avdiyivkanın cənub-şərq kənarındakı mövqedən geri çəkilməyə qərar verdik."
Manset.az xəbər verir ki, bu barədə “Tavriya” Əməliyyat-Strateji Bölməsinin komandiri Oleksandr Tarnavski sosial media hesabından məlumat verib.
O, məlumatda, şiddətli toqquşmaların davam etdiyini bildirib.
Aylarla davam edən qarşıdurmalardan sonra Avdiyivkanın cənub-şərq kənarındakı "Zenit" mövqeyindən geri çəkilməyə qərar verdiklərini bildirən Tarnavski, "Düşməni təsirli bir şəkildə qarşısını almağa və məhv etməyə imkan verdiyi müddətcə bu mövqeyi saxladıq. Geri çəkilmə qərarı verildi. Əsgərlərimizi xilas etmək və əməliyyat vəziyyətini yaxşılaşdırmaq üçün aparılıb” deyib.
Jalə
Manşet.az