Fransa prezidentindən Fələstin dövlətinin tanınması ilə bağlı açıqlama

18:00 - 16 Fevral 2024

Fransa prezidentindən Fələstin dövlətinin tanınması ilə bağlı açıqlama

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Fələstin dövlətinin tanınması onun ölkəsi üçün vazkeçilməz deyil.

 

Manset.az xəbər verir ki, buni  Parisdəki Yelisey sarayında Makron və İordaniya kralı II Abdullah birgə mətbuata verdiyi açıqlama zamanı deyib.

Emmanuel Makron bildirib ki, onların prioritetləri regionda atəşkəsi təmin edəcək razılaşma əldə etməkdir.

Bu atəşkəslə mülki əhalinin təhlükəsizliyinin təmin edilməli olduğunu və humanitar yardımların Qəzzaya daxil olması lazım olduğunu deyən Makron, İsrailin Qəzzaya hücumları nəticəsində insan itkisinin çox olmasının qəbuledilməz olduğunu bildirib.

Qəzzalıların məcburi köçürülməsinin beynəlxalq hüquqa zidd olacağını deyən Makron, Misir və İordaniya kimi bölgə xalqının da köçkün olma riskindən narahat olduqlarını qeyd edib.

Makron, Qəzzalılara yardımın onların prioriteti olduğunu və humanitar yardım keçid məntəqələrinin yerlərdə ehtiyac nəzərə alınaraq kifayət etmədiyini bildirib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az