Aİ Rusiyanın məşhur axtarış sistemi Yandex-in həmtəsisçisi Arkadi Voloja qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, AB-nin internet saytında edilən açıqlamada sanksiya siyahısından çıxarılan 11 nəfərlə birlikdə Voloj da yer alıb.
Qeyd edək ki, Aİ 2022-ci ilin iyununda Yandex-in həmtəsisçisi Arkadi Volojun hökumətyönlü hekayələri təbliğ etdiyi və Rusiyanın Ukraynaya qarşı müharibəsində şərik olduğunu iddia edərək ona sanksiya tətbiq etmək qərarına gəlmişdi.
Əfsanə Rəcəb
Manşet.az