Səhər saatlatında Bakı metrosunun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, qatar stansiyaya çatmamış dayandırılıb.
Gənc yaşlı sərnişin stansiyanın əməkdaşları tərəfindən xilas edilib.
Məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib.
O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb.
"O, stansiya yolundan bileti götürüb və çıxıb. "Bakı Metropoliteni" QSC-nin qaydalarına uyğun olaraq gənc polisə təhvil verilib", - açıqlamada bildirilib.