Türkiyədə Konya-Karaman yolunun 25-ci kilometrliyində, idarəetmədən çıxan avtomobil avtobus dayanacağına çırpılıb və orada gözləyən vətəndaşları vurub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dəhşətli qəza nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə saat 08.30 radələrində baş verib.
Yaralılar xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Əfsanə Rəcəb
Manşet.az