Somalinin paytaxtı Moqadişoda yardım işçilərinə qarşı bombalı hücum olub.
Mansset.az Trt Haber-ə istinadən xəbər verir ki, yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində 1 Türkiyə vətəndaşı və 2 yardım işçisi həyatını itirib, 4 nəfər yaralanıb.
Hücumla bağlı istintaq davam edərkən, hücumun Əl-Şəbab terror təşkilatı tərəfindən həyata keçirildiyi təxmin edilir.
Jalə
Manşet.az