İtaliyalı rəssam Titian Veçelionun 1512-ci ildə yaratdığı "Misirə uçuşda istirahət" tablosu Londondakı Christie’s hərrac evində hərraca çıxarılır.
Manset.az xəbər verir ki, lotun dəyəri 25 milyon funt sterlinq qiymətləndirilir. Bu barədə "Times" qəzeti məlumat yayıb.
Əsər demək olar ki, 150 ildən sonra ilk dəfə İngiltərədə ev hərracında təqdim olunacaq. Christie's "Misirə uçuşda istirahət"i Titianın ilk şah əsəri hesab edir. Çünki əsər 20 yaşlarının əvvəllərində tərəfindən çəkilib.
Rəsmin əvvəlki sahibləri arasında Fransa imperatoru I Napoleon Bonapart, həmçinin Habsburqlar sülaləsindən olan Avstriya arxduşesi, Saksoniya kraliçası Mariya Tereza da var.
1995-ci ildə rəsm oğurlanıb. Yeddi il sonra o, Londonda avtobus dayanacağında çərçivəsiz plastik torbada tapılıb.
Jalə
Manşet.az