Ukrayna NATO-dan 100 milyard dollar ala biləcəkmi?

21:36 - 04 Aprel 2024

Ukrayna NATO-dan 100 milyard dollar ala biləcəkmi?

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba etiraf edib ki, Kiyevin hazırkı maliyyələşdirmə modelinin davamını nəzərə alsaq, Şimali Atlantika Alyansından (NATO) 100 milyard dollar almaq şansı faktiki olaraq yoxdur. 


Manset.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"NATO-da çox sadə bir fikir var - gəlin Ukrayna üçün 100 milyard toplayaq və onu bütün müttəfiqlər arasında bölüşdürmək üçün düzgün düstur tapaq. NATO indi yardım paketi üçün ildə 500 milyon dollar toplamağa çalışır. Mövcud maliyyələşdirmə modelində bu təşəbbüsün şansı sıfırdır", deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Ukrayna-NATO Şurasının iclasından sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, yalnız az sayda NATO üzvü olan ölkələr Ukrayna üçün xəzinəyə töhfələr verirlər. Əgər alyansın hər bir üzvünü məcburi maliyyələşdirməyə cəlb etmək mümkün olarsa, o zaman Kiyevin 100 milyard dollar almaq şansı daha yüksək olacaq.

Qeyd edək ki, bundan əvvəl NATO-nun Ukrayna üçün 100 milyard dollarlıq fond yarada biləcəyi barədə məlumat yayılıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az