Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinin üzvü, Yamaha Music şirkətinin baş direktoru Jun Aoki Moskvada lüks oteldə ölü tapılıb.
Manset.az Rusiya mediasına istinadən xəbər verir ki, 55 yaşlı Jun Aokinin cəsədi əvvəllər Ukrayna oteli kimi tanınan, hazırda Moskvada Radisson Collection Hotel kimi fəaliyyət göstərən məşhur Stalin göydələnində tapılıb. Onun şirkəti hələ də onun necə öldüyünü anlamağa çalışdıqlarını bildirib.
Rusiyanın RBC xəbər kanalı araşdırmanın davam etdiyini, lakin cəsədin üzərində heç bir yara izi tapılmadığını bildirib. Polisdəki mənbə RBC-yə bildirib ki, onun ölümünə heç bir cinayət səbəb olmayıb.
Digər xəbər mənbəyi BAZA, Aokinin "qəfil infarkt" keçirə biləcəyini və bir neçə gündür ondan xəbər alınmadığını bildirib.
Dostları ondan xəbər tutmayınca dərhal polisə müraciət etməzdən əvvəl Jun Aoki ilə əlaqə saxlamağa çalışıblar. Dostları qeyd edib ki, polis əməkdaşları onun cəsədini Putin hökumətinin işlədiyi küçənin qarşısında yerləşən məşhur oteldə tapıblar.
Yapon iş adamı 1866-cı ildə əsası qoyulan Moskva Dövlət Çaykovski Konservatoriyasının qəyyumlar şurasında idi.
Jalə
Manşet.az