2023-cü ildə "İlin adamı" seçilən və musiqi dünyasında yüksələn rekordlarla diqqət çəkən Teylor Svift yeni albomu ilə yenidən gündəmə gəlib.
Manset.az-ın məlumatına görə, Sviftin yeni albomu "The Tortured Poets Department" yayımlandığı andan musiqi reytinqlərində birinci yerdə qərarlaşıb.
"Spotify" albomun buraxıldığı ilk həftədə 1 milyard yayıma çatdığını elan edərək, onu platformada albom üçün ən sürətli qeydə alınan nömrəyə çevirib. Bundan əlavə, albom bir gündə 300 milyon yayımla "Spotify" tarixində daha bir rekorda imza atıb.
Albom "Apple Music"də satışa çıxarıldığı ilk gündə "ən çox dinlənilən pop albom" olaraq rekord qırıb. "Amazon Music"də ilk üç gündə dünyanın ən çox dinlənilən albomu olub.
Həmçinin texnologiya nəhəngi və milyarder iş adamı İlon Mask pop ulduz Teylor Sviftin "The Tortured Poets Department" adlı yeni albomu haqqında öz X (keçmiş Twitter) səyfəsində paylaşım edib.
O, paylaşımda "Özünüzü aşdınız! Albomunuz inanılmazdır" şərhini yazıb.
Jalə
Manşet.az