Parlament qalmaqallı qanuna "HƏ" dedi - Etirazlar yenidən başladı

20:48 - 01 May 2024

Parlament qalmaqallı qanuna \"HƏ\" dedi - Etirazlar yenidən başladı

Gürcüstan parlamenti etirazlara səbəb olan "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.

 

Manset.az  xəbər verir ki, qanun layihəsinin lehinə 83 deputat, əleyhinə 23 deputat səs verib.

İki həftə ərzində qanun layihəsi yekun oxunuşda qəbul ediləcək və dörd həftə ərzində prezidentin vetosu ləğv ediləcək.

Müxalifət qanun layihəsinə qarşı etiraz aksiyasını bərpa edib.Parlament binasının qarşısına toplaşan etirazçılar Rustaveli prospektini bağlayıblar.

Parlament binasının ətrafına çoxlu sayda xüsusi təyinatlı polis bölmələri cəlb edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az