Kirantsdan İrəvana etiraz yürüşü başladı: Keşiş başçılıq edir - VİDEO

18:41 - 04 May 2024

Kirantsdan İrəvana etiraz yürüşü başladı: Keşiş başçılıq edir - VİDEO

 

Ermənistanın “Vətən naminə Tavuş” hərəkatı Tavuş rayonunun Kirants (Günən) kəndindən İrəvana yürüşə başlayıb.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kirants kəndində çıxış edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan məlumat verib.

Onun sözlərinə görə, Ermənistanın digər rayonları kimi, qonşu kəndlərin sakinləri də yürüşə qoşulmağa hazırdırlar. O, paytaxta gedən yolda yürüş iştirakçılarının sayının durmadan artacağına əminliyini ifadə edib.

Tavuş yeparxiyasının primatı qeyd edib ki, yürüş iştirakçıları mayın 9-da günorta İrəvana çatmalıdırlar.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az