Əfqanıstanda fəlakət - 153 ölü, 138 yaralı

16:56 - 11 May 2024

Əfqanıstanda fəlakət - 153 ölü, 138 yaralı

Əfqanıstanın şimalında daşqınlar nəticəsində ölənlərin sayı üç əyalətdə 153 nəfərə çatıb.

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyi şənbə günü bildirib.

Nazirliyin sözçüsü Əbdül Mətin Kani “Reuters” agentliyinə deyib ki, Baqlan, Taxar və Bədəxşan əyalətlərinin şimalında baş verən daşqınlarda ən azı 138 nəfər xəsarət alıb.

Əfqanıstan rəsmiləri 100-dən çox adamın qapalı vəziyyətdə qalması xəbərini aldıqdan sonra mülki şəxslərə yardım etmək üçün helikopterlər göndərib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, çoxlu insan evsiz qalıb, nəqliyyat, su təchizatı və kanalizasiya şəbəkəsi ciddi şəkildə pozulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az