Rusiya Federasiyasının Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Manset.az xəbər verir ki, Komi Respublikasının Peçora şəhərində yataqxananın 5-ci mərtəbəyə qədər olan hissəsi uçub.
Bina qəzalı vəziyyətdə olub. 2023-cü ildə bu və bir neçə digər yataqxananın prokurorluq tərəfindən yoxlanılmasının nəticələrinə əsasən, səhlənkarlıq maddəsi ilə cinayət işi açılıb.
Təxirəsalınmaz xidmət əməkdaşları hadisə yerinə cəlb olunub.