Antalyada turistləri daşıyan avtobus qəzaya düşdü - Çoxlu sayda yaralı var

13:48 - 03 İyul 2024

Antalyada turistləri daşıyan avtobus qəzaya düşdü - Çoxlu sayda yaralı var

Antalyada içərisində turistlərin olduğu tur avtobusu beton dirəyə çırpılıb.
 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 20 turist yaralanıb. 

Onlardan 16-sının rusiyalı, 4-nün belaruslu olduğu bildirilir. Qəza zamanı avtobusun sürücü həlak olub. 

Bildirilir ki, avtobus turistləri hoteldən hava limanına aparırmış.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az