Lukoşenko ordunu Ukrayna-Belorusiya sərhədindən geri çəkdi

20:51 - 13 İyul 2024

Lukoşenko ordunu Ukrayna-Belorusiya sərhədindən geri çəkdi

“Bizim konkret işimizdən sonra ukraynalılar silahlı qüvvələrini və bizim sərhədimizə yerləşdirdikləri əlavə qoşunları sərhəddən çıxardılar və ümumiyyətlə Belarus-Ukrayna sərhəd zonasından geri çəkildilər”.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Belarusiya prezidenti Aleksandr Lukoşenko mətbuata açıqlaması zamanı deyib.

O həmçinin hazırda ukraynalılarla heç bir problemləri olmadığını və heç vaxt olmayacağına da ümid etdiyini söyləyib.

O, gərginliyin aradan qaldırılmasından və qoşunların Ukrayna tərəfdən çıxarılmasından sonra qoşunların cənub sərhədlərindəki daimi dislokasiya yerlərinə çıxarılması əmrini verib.

Lukoşenko “Heç bir lüzumsuz hadisə olmamalıdır”, - deyərək sözlərini sönlandırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az