logo
logo logo
logo

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

17:19 - 08 Oktyabr 2026

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

Cənubi Koreya Xarici İşlər Nazirliyi Ukrayna ilə yaranan məhbus böhranından sonra ölkənin Kiyevdəki səfirini geri çağırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kiyev-Seul arasında gərginlik Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın Kursk vilayətində əsir götürülən iki Şimali Koreya hərbçisinin Cənubi Koreyaya göndərildiyini açıqlamasından sonra başlayıb.

Nazirlik məsələ ilə bağlı əlavə təfərrüat açıqlamadan bildirib: “Hökumət Ukraynadakı səfirin geri çağırılması barədə qərar qəbul edib. Hökumət iki ölkə arasında həllini tapmamış bütün məsələlərin dostluq şəraitində həll ediləcəyinə ümid edir və bu istiqamətdə Ukrayna tərəfi ilə məsləhətləşmələri davam etdirəcək”.

Pak Ki Çan 2025-ci ilin fevralından Cənubi Koreyanın Ukraynadakı ən yüksək səviyyəli diplomatı kimi fəaliyyət göstərirdi. Rusiya üzrə mütəxəssis kimi tanınan Pak bundan əvvəl Moskva, Varşava və Belqradda diplomatik vəzifələrdə çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az