İngiltərə ilə Almaniya arasında müdafiə sahəsində "Birgə Bəyannamə" imzalanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Bəyannamə çərçivəsində müdafiə sənayesinin gücləndirilməsi, silah və sursat istehsalı və tədarükü sahəsində yaxından əməkdaşlıq edilməsi nəzərdə tutulur.
Bildirilib ki, "Birgə Bəyannamə" Ukraynaya yardımın koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.
Fidan Əliyeva
Manşet.az