Tesla ABŞ-də 1,8 milyon avtomobilini geri çağırır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, elektrikli avtomobil istehsalçısı Tesla, proqram təminatı probleminə görə ABŞ-dəki 1,8 milyondan çox avtomobilini geri çağıracaq.
ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən edilən açıqlamada, sözügedən qərarın 2021-2024-cü illər arasında istehsal edilən Model 3, Model S, Model X və Model Y avtomobillərini əhatə etdiyi bildirilib.
Manşet.az